Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bu il 1130 nəfərə işsizlikdən sığorta ödənişi təyin edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Bu il 1130 nəfərə işsizlikdən sığorta ödənişi təyin edilib

Bu il 1130 nəfərə işsizlikdən sığorta ödənişi təyin edilib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti bu ilin ötən dövründə 1130 nəfərə işsizlikdən sığorta ödənişi təyin edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, müəssisənin ləğvi və ya işçilərin (yaxud ştatların) sayının ixtisar edilməsi nəticəsində işini itirmiş və aidiyyəti rayon (şəhər) Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyata alınmış şəxslərə qanunvericiliyə uyğun olaraq, işsizlikdən sığorta ödənişi verilir. İşsizlikdən sığorta Dövlət Məşğulluq Xidmətinin rayon (şəhər) Məşğulluq mərkəzlərində qeydiyyata alınandan sonra işsiz kimi qeydiyyata düşmək hüququ yaranan və azı 3 il sığorta stajı olan şəxslərə təyin edilir.

Sığorta ödənişi işsiz şəxsin sığorta stajından asılı olaraq onun orta aylıq əməkhaqqının məbləğinə faiz dərəcələri tətbiq olunmaqla hesablanır.

Geri dön