Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > BMT Təhlükəsizlik Şurasında keçirilən debatlarda Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən beynəlxalq hüquq normalarının sistemli şəkildə pozulmasından danışılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > BMT Təhlükəsizlik Şurasında keçirilən debatlarda Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən beynəlxalq hüquq normalarının sistemli şəkildə pozulmasından danışılıb

BMT Təhlükəsizlik Şurasında keçirilən debatlarda Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən beynəlxalq hüquq normalarının sistemli şəkildə pozulmasından danışılıb


“Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı davam edən təcavüzü zamanı beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulması, o cümlədən hərbi cinayətlər, insanlıq əleyhinə cinayətlər və soyqırımı aktları törədilib. Erməni tərəfinin yürütdüyü yanmış torpaq siyasəti zəbt olunmuş ərazilərin bütün azərbaycanlılardan təmizlənməsi və minlərlə dinc insanın, o cümlədən uşaqların amansızcasına qətli və ya öldürülməsini ehtiva edirdi. Otuz ildən çox bir müddətdir ki, Azərbaycan dünyada ən çox qaçqın və məcburi köçkün olan ölkələrdən biri olaraq qalır və onların da çoxu azyaşlılardır”. Bu fikri Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev iyulun 2-də təşkilatın Təhlükəsizlik Şurasında “Uşaqlar və silahlı münaqişələr” mövzusunda keçirilən debatda səsləndirib.

Diplomat öz çıxışında Azərbaycan Respublikasının azyaşlıların silahlı münaqişələrdə iştirakı ilə bağlı uşaq hüquqları haqqında Konvensiyanın və uşaq hüquqları haqqında Konvensiyaya Fakultativ protokolun, həmçinin müharibə qurbanlarının müdafiəsi haqqında 1949-cu il Cenevrə Konvensiyasının iştirakçısı olduğunu qeyd edib. O əlavə edib ki, ölkə rəhbərliyi silahlı münaqişə zonalarında uşaqların hüquqlarının daha effektiv qorumasının təmin edilməsinə yönəlmiş beynəlxalq səyləri ardıcıl şəkildə dəstəkləyir.

Azərbaycan diplomatı qeyd edib ki, beynəlxalq, regional və milli səviyyələrdə uşaqlara qarşı ciddi hüquq pozuntularının qarşısının alınması və onlara münasibət bildirilməsi sahəsində müəyyən irəliləyiş əldə olunsa da, ciddi problemlər həll olunmamış qalır. Baş katibin hesabatına görə, Təhlükəsizlik Şurasının 1612 (2005) qətnaməsinə (A / 73/907 – S / 2019/509, maddə 6) uyğun olaraq, uşaqlar və silahlı münaqişələr barədə müşahidə və hesabatlıq mexanizminin yaradılmasından sonra uşaqların qətli və onlara bədən xəsarəti yetirilməsi halları bütün dünyada rekord səviyyədə artıb.

Uşaqların müdafiəsi üzrə effektiv səylər ayrı-seçkilikdən azad olmalı və onlar heç bir fərq qoyulmadan silahlı münaqişələrlə bağlı bütün şəraitləri, o cümlədən uzunsürən xarakterli və mülki əhaliyə və uşaqlara uzunmüddətli təsir edən münaqişələri əhatə etməlidir. Yaxın keçmişin səhvlərini, o cümlədən məktəb və xəstəxanalara hücumları, uşaqların öldürülməsi və onlara xəsarət yetirilməsi, azyaşlıların zorakı yerdəyişdirməsi və oğurlanması hallarını nəzərdən qaçırmaq olmaz.

1992-ci ilin fevralında münaqişənin ən böyük qırğını Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərinin dinc əhalisinə qarşı törədilib. Ermənistan silahlı qüvvələri tərəfindən şəhərə hücum və onun işğal edilməsi nəticəsində yüzlərlə azərbaycanlı, o cümlədən qadın, uşaq və qocalar qətlə yetirilib, yaralanıb və ya girov götürülüb, şəhər isə tamamilə dağıdılıb.

Y. Əliyev vurğulayıb ki, Azərbaycana qarşı müharibə nəticəsində 3888 Azərbaycan vətəndaşı, o cümlədən 718 mülki şəxs itkin düşüb ki, onlardan 71 nəfəri uşaqlar olub. İtkin düşənlər, xüsusən münaqişənin gedişində erməni tərəfinin geniş tətbiq etdiyi müharibə aparılmasının amansız üsullarını nəzərə almaqla, onların taleyi üçün ciddi narahatlıq yaradan şəraitdə yoxa çıxıblar. Yerevan onun nəzarətində olan itkin düşmüş şəxslər barədə hesabatlılıqdan, həmçinin onların taleyinin tez bir zamanda və effektiv təhqiq edilməsindən imtina edir.

Azərbaycan diplomatı bəyan edib ki, rəsmən atəşkəs rejiminin mövcud olmasına baxmayaraq, erməni silahlı qüvvələri cəbhə boyu və cəbhə xəttindən aralıda Azərbaycanın dinc əhalisinə və mülki obyektlərinə dəfələrlə zərbələr endirib. Belə ki, 2016-cı ilin aprelində intensiv atəş nəticəsində Azərbaycanın Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarında məktəblərin əksəriyyəti zərər görüb. Bu fakt Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarının idarəsinin Azərbaycanın zərər çəkmiş rayonlarına missiyasının başa çatmasından sonra dərc etdirdiyi 2016-cı il 15 may tarixli hesabatda da qeyd olunub.

Azərbaycanın BMT yanında daimi nümayəndəsi bildirib ki, beynəlxalq hüquqa görə, təhsil təyinatlı binalara zərbələr endirilməsi hərbi cinayətdir. Həmçinin qeyd etmək lazımdır ki, məktəb və xəstəxanalara hücumlar BMT Baş katibinin silahlı münaqişələrdə uşaqların hüquqları üzrə Xüsusi nümayəndəsinin qeydə aldığı və barəsində məlumat verdiyi ciddi pozuntulardan biridir.

Y.Əliyev çıxışının sonunda bəyan edib ki, zorakılıq silsiləsini dayandırmaq və onların qarşısını almaq üçün beynəlxalq humanitar hüquq normalarına əməl edilməli və cəzasızlığa son qoyulmalıdır. Törədilmiş cinayətlərin labüd nəticəsi olaraq, cavabdehlik sülh və uzunmüddətli barışıq istiqamətində mühüm şərtdir.

Yusif Babanlı

Geri dön