Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Xaçmazda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Köşə yazarları, Hadisə > Xaçmazda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Xaçmazda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib


Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Nabran istirahət zonasında qeydə alınan hadisə zamanı “VAZ 2109” markalı nəqliyyat vasitəsi ilə üç piyada vurulub.

Xəsarət alanlardan biri - Xaçmaz rayonunun İstisu qəsəbə sakini, 1997-ci il təvəllüdlü Xalıqov Əlisahib Ramiz oğlu hadisə yerində ölüb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan digər iki nəfərə isə tibbi yardım göstərilib. Həyatları üçün təhlükə yoxdur.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Geri dön