Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > BƏƏ-nin ilk kosmonavtı Beynəlxalq kosmik stansiyasında milli mətbəx nümunələrindən ibarət şam yeməyi təşkil edəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > BƏƏ-nin ilk kosmonavtı Beynəlxalq kosmik stansiyasında milli mətbəx nümunələrindən ibarət şam yeməyi təşkil edəcək

BƏƏ-nin ilk kosmonavtı Beynəlxalq kosmik stansiyasında milli mətbəx nümunələrindən ibarət şam yeməyi təşkil edəcək


Birləşmiş Ərəb Əmirliklərinin bu ilin sentyabrında kosmosa uçuşu planlaşdırılan ilk kosmonavtı Xazza Al-Mansuri Beynəlxalq kosmik stansiyasında (BKS) Əmirliyin milli mətbəxindən ibarət şam yeməyi təşkil edəcək.

Bu barədə Məhəmməd bin Rəşid adına kosmik mərkəzi məlumat yayıb. Qeyd olunub ki, Al-Mansuri əmirliyin milli geyimində öz kolleqalarına üç milli xörək nümunələrini təqdim edəcək. Bundan öncə BKS-nin tarixində belə bir tədbir olmayıb. Əmirliyin kosmonavtı üçün milli yeməklərin hazırlanması ilə Rusiyanın “Kosmik qidalanma laboratoriyası” şirkəti məşğul olacaq.

Asya Hacızadə

Geri dön