Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ağsuda 116 min 420 ton taxıl istehsal olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, İqtisadiyyat > Ağsuda 116 min 420 ton taxıl istehsal olunub

Ağsuda 116 min 420 ton taxıl istehsal olunub


Ağsu rayonunda taxıl biçini kampaniyasına yekun vurulub.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bölgə müxbirinə bildirilib ki, taxılçılıq kənd təsərrüfatının aparıcı sahəsidir və cari mövsümdə 36 min 355,5 hektarda məhsul yetişdirilmişdi. Zəmilərdən 116 min 420 ton taxıl götürülüb. Bu göstərici ötən ildəkindən 16 min 518 ton çoxdur. Hər hektardan məhsuldarlıq 2,1 sentner artaraq 32 sentnerə çatıb.

Rayonun bir sıra ərazilərində, o cümlədən Gəgəli, Bico, Kəndoba, Çaparlı, Qaraqoyunlu ərazi dairələrində sahibkarlar daha yüksək məhsuldarlığa nail olublar.

Geri dön