Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Berlin hərbi xərcləri artıracaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Köşə yazarları, Hərb > Berlin hərbi xərcləri artıracaq

Berlin hərbi xərcləri artıracaq


Almaniya gələcəkdə də müdafiə və təhlükəsizlik xərclərini artıracaq.

Bunu ölkənin federal kansleri Angela Merkel bəyan edib. Ötən ilin məlumatına görə, AFR NATO-dakı digər tərəfdaşları ilə birlikdə öz öhdəsinə müdafiə məqsədləri üçün xərcləri artırmağı götürüb və növbəti 5 il ərzində onların həcmini ölkənin ümumi daxili məhsulunun 1,5 faizinə çatdırıb.

Xatırladaq ki, növbəti ildə 1,37 faiz həcmində təxsisat nəzərdə tutulub. Bu, 2019-cu ildə olduğundan 2 milyard avro çoxdur. Almaniya hökuməti etiraf edib ki, bir çox illər ərzində bundesverin maliyyələşdirilməsi yetərincə olmayıb. Eyni zamanda, bu quruma ayrılan məbləğ Müdafiə Nazirliyinin istədiyindən azdır.

Vüqar Seyidov

Geri dön