Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan Ordusunun hərbi birlik və birləşmələrində komanda-qərargah təlimləri başlayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Hərb > Azərbaycan Ordusunun hərbi birlik və birləşmələrində komanda-qərargah təlimləri başlayıb

Azərbaycan Ordusunun hərbi birlik və birləşmələrində komanda-qərargah təlimləri başlayıb


Bu ilin döyüş hazırlığı planına uyğun olaraq, idarəetmə orqanları və qərargahların döyüş uyarlılığının təşkili, eləcə də heyətlərin əməliyyat və döyüş quruluşunun müxtəlif elementlərinin döyüş tətbiqi üzrə dəqiqləşdirilməsi və yoxlanılması məqsədi ilə Azərbaycan Ordusunun hərbi birlik və birləşmələrində komanda-qərargah təlimləri başlayıb.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Təlimlər trenajorlar və döyüş texnikasından geniş istifadə edilməklə xəritələr üzərində və ərazidə, eləcə də qabaqcıl informasiya texnologiyalarının tətbiqi ilə simulyasiya mərkəzlərində təşkil olunur və keçirilir.
Təlimlərin gedişində dayanıqlı idarəetmə, əməliyyatların hərtərəfli təminatı, həmçinin iştirak edən bütün idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin təşkili məsələlərinə xüsusi diqqət yetirilir.
Qoşunların hədlərə, cəmləşmə rayonlarına çıxışı, onların tutulması, yenidən qruplaşması, dəmiryolu nəqliyyatına döyüş və digər texnikanın yüklənməsi kimi fəaliyyətlərinin nəzəri cəhətdən dəyərləndirilməsi və digər məsələlər xüsusi təyin edilmiş bölmələr tərəfindən praktiki yoxlanılır.

Geri dön