Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Efiopiyada insan alveri ilə məşğul olan cinayətkar qrupun əlindən 800-dən çox adam xilas edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hüquq > Efiopiyada insan alveri ilə məşğul olan cinayətkar qrupun əlindən 800-dən çox adam xilas edilib

Efiopiyada insan alveri ilə məşğul olan cinayətkar qrupun əlindən 800-dən çox adam xilas edilib


Efiopiyanın şimalındakı Amhar ştatının rəhbərliyi insan alveri ilə məşğul olan cinayətkar qrupun əlindən 2018-2019-cu illərdə 882 nəfərin xilas edildiyini bildirib.

Bu barədə Amhar ştatının sosial məsələlər və məşğulluq idarəsi məlumat yayıb. Həmçinin qeyd olunur ki, regional polis insan alveri ilə məşğul olmaqda şübhəli bilinən 32 efiopiyalını həbs edərək məhkəməyə verib. Azad olunan 882 nəfərin 440-ı qadın olub.

Məlumatda bildirilir ki, sürətli iqtisadı inkişafa, sosial mühitin yaxşılaşmasına və ölkə rəhbərliyi tərəfindən insan alveri barədə ictimai məlumatlandırma kampaniyasının keçirilməsinə baxmayaraq, hər il minlərlə efiopiyalı qeyri-leqal yolla xarıcı ölkələrə qul kimi aparılır. Efiopiyadan oğurlanmış adamları cinayətkarlar üç əsas istiqamətdə – Ərəbistan yarımadasına, Avropanın materik hissəsinə və Cənubi Afrikaya aparırlar.

Asya Hacızadə

Geri dön