Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > BMT-nin baş katibi Hindistan və Pakistanı Kəşmirin statusuna təsir edəcək addımlardan çəkinməyə çağırıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > BMT-nin baş katibi Hindistan və Pakistanı Kəşmirin statusuna təsir edəcək addımlardan çəkinməyə çağırıb

BMT-nin baş katibi Hindistan və Pakistanı Kəşmirin statusuna təsir edəcək addımlardan çəkinməyə çağırıb


BMT-nin Baş katibi Antonio Quterreş Hindistan və Pakistanı Cammu və Kəşmirin statusuna təsir edə biləcək hər hansı hərəkətdən daşınmağa çağırıb.

“TASS” agentliyi xəbər verir ki, belə bir açıqlama ilə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinq zamanı çıxış edib.

Onun sözlərinə görə, A.Quterreş hadisəni narahatlıqla izləyir və hər iki tərəfi təmkinli olmağa çağırır. Baş katib, həmçinin Hindistan və Pakistan arasında 1960-cı ildə bağlanmış sazişə əməl etməyin vacibliyini xatırladıb.

İslamabad və Nyu-Dehli arasında davam edən gərginlik Hindistanın Cammu və Kəşmir əyalətinin xüsusi statusunu ləğv edərək bu regionda iki müttəfiq ərazi yaratmaq barədə qərarı ilə bağlıdır. Bu məqsədlə Hindistan parlamenti öz Konstitusiyasında 370-ci maddənin ləğvini təsdiqləyib.

Geri dön