Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Danimarkada növbəti partlayış törədilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə > Danimarkada növbəti partlayış törədilib

Danimarkada növbəti partlayış törədilib


Danimarkanın paytaxtı Kopenhagendə növbəti partlayış törədilib. Reuters agentliyi xəbər verir ki, yerli polisin məlumatına görə, şəhər mərkəzindən aralıda törədilmiş partlayış nəticəsində xəsarət alan olmayıb. İnsidentin baş verdiyi binanın içərisində olan iki nəfər zərər görməyib, lakin binanın fasadı dağılıb və pəncərələri qırılıb. Polis son günlər artıq sayca dördüncü olan bu partlayışın qəsdən törədildiyini bildirib. Hazırda cinayətkarların yaxalanması istiqamətində axtarış-əməliyyat tədbirləri həyata keçirilir.

Kopenhagendə ilk partlayış avqustun 6-da paytaxtın Esterbru rayonunun vergi idarəsi binasının qarşısında törədilib. Hüquq-mühafizə orqanları hesab edirlər ki, bu terror aktlarını təşkil edənlər şəhər əhalisi arasında təşviş yaratmaq istəyirlər.

Geri dön