Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qərbi Azərbaycanın yerli olmayan valisi daha bir azərbaycanlı vəzifəlini işindən azad edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Qərbi Azərbaycanın yerli olmayan valisi daha bir azərbaycanlı vəzifəlini işindən azad edib

Qərbi Azərbaycanın yerli olmayan valisi daha bir azərbaycanlı vəzifəlini işindən azad edib


Qərbi Azərbaycanın yerli olmayan kürd kökənli valisi Məhəmməd Mehdi Şəhriyari anti-türk hərəkətlərini davam etdirməkdədir.

Vali yerli və türk olan vəzifəli şəxsləri işlərindən uzaqlaşdırmaqda hələ də israrlı görünür. Son məlumata görə, Valiliyin Yoxlama və Təftiş İdarəsinin rəisi Seyfəli Nuri işindən azad edilib, onun yerinə Piranşəhrdən (Xana) olan kürd kökənli Məhəmməd Sadiq Əmir Əşayiri gətirilib.

Vali radikal kürd qruplaşmalarının tərəfdarı olan şəxsi özünün müavini postuna da təyin edib.

Məhəmməd Mehdi Şəhriyari bölgənin kürdləşdirilməsi prosesini sürətləndirmək məqsədi ilə həssas işlərdə çalışan türkləri kürd kökənli məsullarla dəyişir. O, bu işə hökumət də dəstək verdiyi üçün planını istədiyi kimi həyata keçirə bilir.

Bundan əvvəl Qərbi Azərbaycan Valiliyinin İctimai və Mədəni işlər üzrə İdarəsinin rəisi Dr. Huşəng Ətapur və Salmas Şəhər İcra Hakimiyyətinin başçısı Məsud Hacı Əlilu və daha bir neçə azərbaycanlı məsul şəxs vali tərəfindən tutduğu vəzifədən azad edilmişdir. Valinin işindən uzaqlaşdırdığı məsulların əksəriyyəti Azərbaycan və türk kimliyinə bağlı olan şəxslərdir.

Qərbi Azərbaycan valisi Məhəmməd Mehdi Şəhriyari radikal kürdlərdən biridir, o Şimali Xorasanın Bocnurd şəhərindəndir. Məhəmməd Mehdi Şəhriyari hər zaman Azərbaycana qarşı sərgilədiyi mövqeylə seçilib, o sözdə islahatçı adlanan düşərgə tərəfindən Qərbi Azərbaycan Əyalətində vəzifəyə gətirilib.

Geri dön