Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Traxtur” oyunçuları üçün hazırlanan köynəyin təqdimat mərasimi keçiriləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > “Traxtur” oyunçuları üçün hazırlanan köynəyin təqdimat mərasimi keçiriləcək

“Traxtur” oyunçuları üçün hazırlanan köynəyin təqdimat mərasimi keçiriləcək


Güney Azərbaycanın “Traxtur” futbol klubu oyunçular üçün hazırladığı köynək və loqonun təqdimat mərasimini keçirəcək.

Klubun saytında yayılan məlumata görə, mərasimdə köynək, loqo və oyunçuların nömrəsi təqdim olunacaq.

Avqustun 13-ü yerli vaxtla saat 18:00-da Təbrizin 6 min nəfərlik Purşərifi stadionunda keçiriləcək təqdimat mərasimində komandanın texniki heyəti, oyunçular və tərəfdarları iştirak edəcək.

19-cu super liqa yarışlarına hazırlaşan klub oyunçuların köynəyini təmin etmək üçün etibarlı bir brendlə razılığa gəlib.

Klub bütün komanda tərəfdarlarını çərşənbə axşamı günü keçiriləcək mərasimə dəvət edib.

Mərasimdə “Traxtur”un marşı və musiqi ifa olunacaq.

Geri dön