Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bu gün futbol üzrə Türkiyə Superliqasının 2019-2020-ci il mövsümünə start veriləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Bu gün futbol üzrə Türkiyə Superliqasının 2019-2020-ci il mövsümünə start veriləcək

Bu gün futbol üzrə Türkiyə Superliqasının 2019-2020-ci il mövsümünə start veriləcək


Avqustun 16-da futbol üzrə Türkiyə Superliqasının 2019-2020-ci illər mövsümünə start veriləcək.

Çempionatda 18 komanda mübarizə aparacaq. Birinci turun oyunları dörd günü əhatə edəcək.

Sayca 62-ci mövsümün açılış matçında - avqustun 16-da sonuncu çempion “Qalatasaray” komandası Dənizli Atatürk Stadionunda debütant “Dənizlispor”un qonağı olacaq. “Qalatasaray”ın baş məşqçisi Fatih Terimə Peşəkar Futbol İntizam Qurumu tərəfindən üç oyunluq cəza verildiyi üçün o, qarşılaşma zamanı komandaya rəhbərlik edə bilməyəcək.

Avqustun 17-də “Beşiktaş” komandası “Sivasspor”, “Alanyaspor” klubu “Kayserispor”, “Rizəspor” isə “Gənclərbirliyi” səfərinə yollanacaq. Turun “Konyaspor” – “Ankaragücü”, “Göztəpə” – “Antalyaspor”, “Kasımpaşa” – “Trabzonspor” və “Yeni Malatyaspor” – “Başakşəhər” görüşləri avqustun 18-də oynanılacaq. Sonuncu mövsümdə uğursuz çıxış edən “Fənərbağça” avqustun 19-da öz meydanında “Qaziantepspor”u qəbul edəcək.

Yeni qaydaların tətbiq olunacağı Superliqanın 2019-2020-ci il mövsümünə gələn il mayın 17-də yekun vurulacaq.

Qeyd edək ki, mayın 26-da yekunlaşan sonuncu mövsümdə ardıcıl olaraq 2-ci, tarixində 22-ci çempionluğunu rəsmiləşdirən “Qalatasaray” Superliqanı 69 xalla lider kimi başa vurmuşdu. Altmış yeddi xala malik “Başakşəhər” çempionatda ikinci yeri tutmuşdu. Hər iki klub Türkiyəni UEFA Çempionlar Liqasında təmsil etmək imkanı qazanmışdı. Hesabında 65 xal olmuş “Beşiktaş” turnir cədvəlində üçüncü, 63 xal toplamış “Trabzonspor” dördüncü, “Yeni Malatyaspor” isə 47 xalla beşinci olub və UEFA Avropa Liqasında mübarizə aparmaq hüququ əldə etmişdilər. “Fənərbağça” 46 xalla turnir cədvəlində altıncı sırada yer almışdı.

Geri dön