Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Cəbəlüttariqdə saxlanılan İranın “Grace 1” adlı neft tankeri azad edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Cəbəlüttariqdə saxlanılan İranın “Grace 1” adlı neft tankeri azad edilib

Cəbəlüttariqdə saxlanılan İranın “Grace 1” adlı neft tankeri azad edilib


İranın ay yarımdır Cəbəlüttariqdə saxlanılan “Grace 1” adlı neft tankeri avqustun 15-də azad edilib.

Cəbəlüttariq rəsmilərinin bildirdiyinə görə, Amerika hökumətinin İran tankerinin saxlanılmasına təkidinə baxmayaraq, Böyük Britaniyanın nəzarəti altında idarə olunan bu məntəqənin yerli məhkəməsi “Grace 1”in lehinə qərar çıxardıqan sonra gəmi sərbəst buraxılıb.

Həmçinin Cəbəlüttariqin “Chronicle” qəzetinin yazdığına görə, İran tərəfi neft tankerinin Suriyaya doğru istiqamət götürməyəcəyi barədə üzərinə öhdəlik götürüb və məhz həmin öhdəlikdən sonra tankerin azad edilməsinə qərar verilib.

Böyük Britaniyanın Xarici İşlər Nazirliyi isə həmin gün bəyanat yayaraq, İran tankerinin azad buraxılmasına münasibət bildirib. Bəyanatda bildirilir ki, rəsmi Tehran “Grace 1”in Suriyaya neft daşımayacağı ilə bağlı üzərinə götürdüyü öhdəliyə sadiq qalmalı, bununla bağlı verdiyi sözə əməl etməlidir.

Xatırladaq ki, iyulun 3-də Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələri və Cəbəllüttariq rəsmiləri İranın qanunsuz olaraq Suriyaya neft daşıyan “Grace 1” adlı gəmisini saxladıqları barədə məlumat yayıblar.

İyulun 19-da isə “Sepah” terror təşkilatının körfəzdəki sürət qayıqları cavab olaraq, Hörmüz boğazında üzən Britanıyaya məxsus “Stena İmpero” adlı tankeri saxlayıblar. “Sepah”, Britaniya tankerini beynəlxalq dənizçilik qanunlarını pozduğuna görə saxladığını bəyan edib.

Geri dön