Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > "Qalatasaray" fransalı futbolçunu transfer edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > "Qalatasaray" fransalı futbolçunu transfer edib

"Qalatasaray" fransalı futbolçunu transfer edib


İstanbulun "Qalatasaray" komandası İtaliyanın "Roma" klubunun yarımmüdafiəçisi Stiven Nzonzini bir illik icarəyə götürüb.

İki klub arasında imzalanan müqaviləyə əsasən "Cim-bom" birillik icarə müddətini gələn ilin yayında daha bir il uzatmaq hüququna malik olacaq.

Futbolçunun illik maaşı üç milyon avro təşkil edəcək. "Qalatasaray" mövsümün sonunda 16 milyon avro ödəyərək otuz yaşlı futbolçunun transfer hüququna sahib ola bilər.

"Roma" Fransa millisinin üzvünü 2018-ci ildə "Sevilya"dan transfer edib.

Qeyd edək ki, futbolçu ötən mövsüm “Roma”da keçirdiyi 39 oyunda bir qol vurub və iki məhsuldar ötürmə verib.

Geri dön