Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İstanbulda qeydiyyatsız yaşayan suriyalıların köçürülməsi müddəti uzadılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > İstanbulda qeydiyyatsız yaşayan suriyalıların köçürülməsi müddəti uzadılıb

İstanbulda qeydiyyatsız yaşayan suriyalıların köçürülməsi müddəti uzadılıb


İstanbulda qeydiyyatsız yaşayan suriyalıların köçürülməsinə ayrılan müddət bu ilin oktyabr ayının 30-na kimi uzadılıb. Qeyd edək ki, bu müddət əvvəl avqustun 20-nə kimi idi.

Bu barədə Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu məlumat verib.

İyulun 22-dən başladılan köçürülmə prosesi çərçivəsində çox sayda suriyalı ölkənin Daxili İşlər Nazirliyi tərəfindən əvvəllər qeydiyyatda olduğu şəhərə köçürülüb. Türkiyəyə qanunsuz yollarla gəlmiş 12474 xarici vətəndaş geri göndərmə mərkəzlərinə yönləndirilib ki, onların da 2630-u Suriya vətəndaşıdır.

Geri dön