Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Nur-Sultanda “Etnos günü” festivalında qədim adətlərimiz nümayiş olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Türk dünyası-Turan, Mədəniyyət > Nur-Sultanda “Etnos günü” festivalında qədim adətlərimiz nümayiş olunub

Nur-Sultanda “Etnos günü” festivalında qədim adətlərimiz nümayiş olunub


Qazaxıstanın paytaxtı Nur-Sultanda “Etnos günü” festivalı çərçivəsində Qafqaz xalqları mədəniyyəti günü keçirilib. Tədbirin əsas məqsədi paytaxtda yaşayan müxtəlif etnik qrupların yaradıcılığının inkişaf etdirilməsi, adət və ənənələrini tanıtmaqdır.

Qazaxıstan Xalqlar Assambleyası tərəfindən hazırlanan festivalda Nur-Sultanda fəaliyyət göstərən Azərbaycan Xəzər etnik mədəniyyət mərkəzi xalqımıza aid adət-ənənələri təqdim edib. Soydaşlarımız tərəfindən izləyicilərə elimizin qədim toy adətləri, “xınayaxdı” və “elçilik” təqdim olunub. Bundan başqa tamaşaçılara milli musiqi aləti olan sazda xalq mahnıları ifa edilib.

Festivalda Çeçen-Inquş və Gürcüstanın sosial-mədəni mərkəziləri də milli rəqslərini və mədəniyyətlərini tamaşaçılara sərgiləyiblər.

Geri dön