Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Zəncanın iki millət vəkili saxlanılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Zəncanın iki millət vəkili saxlanılıb

Zəncanın iki millət vəkili saxlanılıb


Zəncan Əyalətinin iki millət vəkili “valyuta bazarında pozuculuq yaratmaq” ittihamı ilə saxlanılıb.



“İsna” xəbər agentliyi İran Parlamenti Rəyasət Heyətinin üzvlərindən birinə istinad edərək bildirib ki, Parlamentin Mədənlər və Sənaye Komissiyasının üzvləri, Zəncanın millət vəkili Fridun Əhmədi və Əbhərin millət vəkili Məhəmməd Əzizi “Saypa” şirkəti ilə əlaqədar olan dosyeyə görə avqustun 19-da saxlanılaraq Evin Zindanına aparılıb.



Mənbənin verdiyi məlumatda qeyd olunub ki, deputatların müvəqqəti sərbəst buraxılması üçün 10 milyard tümənlik mülki vəsiqə qərarı təyin olunub, lakin vəsiqə girov qoymaq üçün onların imkanı və zamanı olmayıb. Ona görə də hakim millət vəkillərinin Evin zindanına aparılması haqda qərar qəbul edib.



Bundan əvvəl “Fars” xəbər agentliyi bildirib ki, Fridun Əhmədi və Məhəmməd Əzizi “Avtomobil bazarında pozuculuq yaratmaq” ittihamı ilə saxlanılıb, lakin 1 milyard tümənlik mülki vəsiqə qərarı ilə azadlığa buraxılıb.



Hökumətə yaxın mövqeləri ilə seçilən deputatlar “İran Xodro” Şirkətinin icraçı direktoru Haşim Yekezare saxlandıqdan sonra tutulub. H.Yekezare avqustun 19-da tutduğu vəzifədən azad edilib və öz ofisində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.



Hökumətin sözçüsü Əli Rəbii “İran Xodro” Şirkətinin rəisinin işindən uzaqlaşdırılması ilə bağlı bildirib ki, o koordinasiya edilmədən öz qərarı əsasında təmsil etdiyi şirkətin məhsullarının qiymətini artırıb.



Bundan əvvəl Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn İsmaili sözügedən şirkətin dosyesi isə bağlı 25 nəfərin ittiham olunduğunu, onlardan 6-nın saxlandığını bildirmişdir.



Bundan əvvəl Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun üzvü Əhməd Təvəkkülü, Əbhərin millət vəkilinin iyul ayında da bir neçə saat saxlandığını bildirmişdir. Məlumata görə, maliyyə pozuntuları ilə əlaqədar tutulan millət vəkili yenidən müraciət etməsi ilə bağlı “şərəf sözü” verdikdən sonra azadlığa buraxılıb.



Korrupsiya, maliyyə pozuntuları və rüşvətxorluq İran hökumətinin bütün orqanlarını bürüyüb. “Beynəlxalq Şəffaflıq” Təşkilatının 2018-ci ildə açıqladığı hesabata əsasən İran dünya üzrə korrupsiya səviyyəsinin ən yüksək olduğu dövlətlər sırasındadır.


Geri dön