Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > "Qarabağ"dan daha bir qələbə
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > "Qarabağ"dan daha bir qələbə

"Qarabağ"dan daha bir qələbə


Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun daha bir oyunu keçirilib.

"Azersun Arena"da keçirilən qarşılaşmada "Qarabağ" "Qəbələ"ni qəbul edib.

Oyun Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. 61-cı dəqiqədə Riçard Almeyda penaltini dəqiq yerinə yetirib. 63-cü dəqiqədə isə Maqaye Qeye fərqi iki topa çatdırıb. 79-cu dəqiqədə Abdullah Zubir qonaq komandanı növbəti dəfə məyus edib.

Bu nəticədən sonra "Qarabağ" 6-cı xalını qazanıb.

Qeyd edək ki, turun digər oyunlarında "Keşlə" səfərdə "Sabah"ı (1:0), "Səbail" isə səfərdə "Sumqayıt"ı məğlub edib (3:0). İkinci tura sabah keçiriləcək "Zirə" - "Neftçi" oyunu ilə yekun vurulacaq.

Geri dön