Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib

Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib


Azərbaycan BMT üzvü olan ölkələrin 155 səsini toplayaraq iki illiyinə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib.


Daha öncə Azərbaycanın bu səsvermədəki rəqibi Sloveniya öz namizədliyini geri götürüb.

Bazar ertəsi BMT Baş Assambleyasında Şərqi Avropa qrupundan Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üzrə qeyri-daimi üzvlüyünə seçkilər davam edib.

Azərbaycan Sloveniya və Macarıstan ilə birgə Avropa ölkələrindən BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə bir yer üzrə öz namizədliyini irəli sürmüşdü.

Ötən cümə günü keçirilən seçkilərin ilk günü Macarıstan ilk turda az sayda səs toplayaraq mübarizəni davam etdirə bilməyib. Azərbaycan və ya Sloveniyanın seçilməsi üzrə səsvermənin bir neçə raundu isə nəticəsiz qalmışdı.

Geri dön