Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qırğızıstanın prezidenti Azərbaycana gəlir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türk dünyası-Turan > Qırğızıstanın prezidenti Azərbaycana gəlir

Qırğızıstanın prezidenti Azərbaycana gəlir


Qırğız Respublikası prezidenti Sooronbay Jeenbekovun Azərbaycana səfərinin tarixi bəlli olub.


Qırğızıstanın dövlət başçısı oktyabrın 14-15-də Azərbaycanda keçiriləcək Türkdilli Dövlətləri Əməkdaşlıq Şurasının 7-ci sammitində iştirak edəcək.



Qırğız Respublikasının həmin tədbirdə iştirakı məsələsi bu gün Azərbaycanın bu ölkədəki səfiri Hidayət Orucovun xarici işlər naziri Çingiz Heydərbekovla görüşündə də müzakirə olunub.



Tərəflər həmçinin iki ölkə arasında iqtisadi, mədəni-humanitar əlaqələrin inkişafında qarşılıqlı marağın olmasını bir daha təsdiqləyərək hökumətlərarası komissiyanın növbəti iclasının da təfərrüatını müzakirə ediblər.

Geri dön