Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > TÜRKSOY Gənclər Kamera Orkestrinin Orta Asiya turu Türkistanda konsertlə başlayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Türk dünyası-Turan, Mədəniyyət > TÜRKSOY Gənclər Kamera Orkestrinin Orta Asiya turu Türkistanda konsertlə başlayıb

TÜRKSOY Gənclər Kamera Orkestrinin Orta Asiya turu Türkistanda konsertlə başlayıb


Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Gənclər Kamera Orkestrinin Orta Asiya turnesi Qazaxıstanın Türkistan şəhərində konsertlə başlayıb.

Türk dünyasının müxtəlif ölkələrindən gənc sənətçilərin bir araya gəlməsi ilə yaradılan orkestrin konserti sənətsevərlər tərəfindən böyük maraqla qarşılanıb.

TÜRKSOY-un baş katibi Düsen Kaseinov çıxış edərək, gənc istedadların bu konsertlər vasitəsilə türk bəstəkarlarını dünyaya tanıtdıqlarını bildirib. O, orkestrin turnesinin Türk Şurasının yaradılmasının 10 illiyinə həsr olunduğunu söyləyib.

On fərqli ölkəni təmsil edən 100-ə yaxın gənc sənətçidən ibarət orkestrə Tatarıstandan Renat Salavatov, Qazaxıstandan Ənvər Əkbərov və Azərbaycandan Mustafa Mehmandarov rəhbərlik edirlər.

Orkestrin turnesi sentyabrın 2-dək Qazaxıstanın Çimkənd, Taraz və Almatı şəhərlərində konsertlərlə davam edəcək. Sentyabrın 4-də Qırğızıstanda, 9-da isə Azərbaycanda keçiriləcək konsertlərlə başa çatacaq.

Qeyd edək ki, 2010-cu ildə yaradılan orkestr dünyanın müxtəlif şəhərlərində 60-a yaxın konsert verib.

Geri dön