Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Britaniya Parlamenti sentyabrda işini dayandıracaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Britaniya Parlamenti sentyabrda işini dayandıracaq

Britaniya Parlamenti sentyabrda işini dayandıracaq


Kraliça II Elizabet Britaniya Parlamentinin sentyabrda işini dayandırması planını təsdiqləyib.

Bu, Baş nazir Boris Consonun kraliçaya müraciəti əsasında baş verib.

Cərşənbə günü Böyük Britaniya hökuməti kraliçaya müraciət edərək, parlamentin işini dayandırmağa əmr verməsini istəyib.

Bu, deputatların tətildən qayıtmasından bir neçə gün sonra və ölkənin Avropa İttifaqından (Aİ) çıxmasından bir neçə həftə əvvəl baş verəcək - parlamentin işi sentyabrın 9-da dayandırılacaq və oktyabrın 14-dək davam edəcək.

Bu o deməkdir ki, parlament üzvlərinin oktyabrın sonunda Brexit-in reallaşmasına maneə olacaq hansısa qanun qəbul etməyə vaxtları qalmaya bilər.

Boris Conson parlamentin fəaliyyətini dayandırmaq üçün çox sadə səbəbdən - Kraliçanın çıxışınadək yeni hökumət proqramı hazırlamaq prosedurundan istifadə edib.

Kraliçanın çıxışı 14 oktyabra təyin edilib. Bu nitqə qədər adətən Parlament işini dayandırır, çünki həm də hökümət üzvləri olan deputatlar, yeni qanun layihələrini hazırlamaqla məşğul olurlar.

Baş nazirin bu addımı İcmalar Palatasının Brexit-i istəməyən üzvlərini qəzəbləndirib.

Boris Consonun bu addımını "konstitusiyaya qarşı" adlandıran deputatların əksəriyyəti deyirlər ki, bu, onların Brexit-də tam iştirakına mane olur.

O isə deyir ki, parlamentin işini Britaniyanı Aİ-dən müqaviləsiz çıxarmaq üçün dayandırması barədə fərziyyələr - "tam yalandır".

Baş nazir elan edib ki, o, ölkəni irəliyə aparmaq üçün Brexit-i gözləmək istəmir.

Britaniyanın Aİ-dən çıxmaq şərtlərini müzakirə etmək üçün deputatların "kifayət qədər" vaxtı olacaq- Baş nazir deyib.

Britaniyanın Aİ-dən çıxması 31 oktyabra təyin olunub.

Geri dön