Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Özbəkistanda parlament seçkiləri keçiriləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Türk dünyası-Turan > Özbəkistanda parlament seçkiləri keçiriləcək

Özbəkistanda parlament seçkiləri keçiriləcək


Dekabrın 22-də Özbəkistanda parlament seçkiləri, həmçinin vilayət, şəhər və rayon sovetlərinə seçkilər keçiriləcək.

Bu məlumatı jurnalistlərə Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Mirzə-Uluqbek Abdusalamov açıqlayıb. O bildirib ki, seçkilər proporsional sistem üzrə keçiriləcək. Bu böyük siyasi kampaniyada Özbəkistanda fəaliyyət göstərən beş siyasi partiya iştirak edəcək.

Xatırladaq ki, hazırda Özbəkistanda “Milli Dirçəliş” Demokratik Partiyası, Xalq-Demokratik Partiyası, Liberal-Demokratik Partiyası, “Ədalət” Sosial-Demokratik Partiyası və Ekologiya Partiyası fəaliyyət göstərir.

Bu yaxınlarda Özbəkistan Prezidenti Şavkat Mirziyoyev həmin partiyaların liderləri ilə görüşüb, parlament seçkiləri müzakirə olunub.

Geri dön