Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Xasavyurd ansamblı Dağıstan xalqlarının xoreoqrafiyasını bərpa etmək üçün qrant qazanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Dərbənd > Xasavyurd ansamblı Dağıstan xalqlarının xoreoqrafiyasını bərpa etmək üçün qrant qazanıb

Xasavyurd ansamblı Dağıstan xalqlarının xoreoqrafiyasını bərpa etmək üçün qrant qazanıb


Dağıstan Respublikasının Xasavyurd şəhərində fəaliyyət göstərən “Dağların əks-sədası” xoreoqrafik-folklor ansamblı Rusiyanın millətlərarası “Mədəniyyət” layihəsi çərçivəsində keçirilən müsabiqədə, ölkədə azsaylı xalqların mədəniyyətini dirçəltmək üçün qrant qazanıb.

Bu sözləri ansamblın xoreoqrafı, Dağıstanın Əməkdar artisti Daudbek Həsənov deyib.

Hazırda ansambl Ümumrusiya yaradıcı həvəskarlar kollektivi festivalında verəcəyi qala-konsertə hazırlaşır.

“Dağıstanda çoxlu sayda millətlər yaşayır. Burada 112 dialekt və bir-birindən fərqli rayon və kəndlər var. Bizim kollektivin məqsədi azsaylı xalqların xoreoqrafiyasını bərpa etməkdir. 2 milyon rubl məbləğində qazandığımız qrant bizim üçün çox böyük bir dəstəkdir”, -deyə D.Həsənov bildirib.

Natiq, həmçinin qeyd edib ki, indiyədək ölkədə yaşayan tsaxur və aqul xalqlarını ləzgilərlə bir tuturdular. Halbuki bu, belə deyil. “Mədəni irsin böyük hissəsi unudulub. Buna baxmayaraq biz söylədiyim xalqların musiqisindən tutmuş geyimlərinədək bütün bunları bərpa etməliyik”, –deyə o, əlavə edib.

Ansamblın bədii heyəti ucqar kəndlərə gedərək orada evlərdə saxlanılan köhnə geyim dəstlərini, musiqi alətlərini axtarıb tapır, bu xalqların unudulmuş melodiyalarını zümzümə edərək notlara köçürürlər.

Geri dön