Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ərdoğan partiyasının parçalanacağı haqqında iddialara münasibət bildirib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Ərdoğan partiyasının parçalanacağı haqqında iddialara münasibət bildirib

Ərdoğan partiyasının parçalanacağı haqqında iddialara münasibət bildirib


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf Partiyasının (AKP) parçalanacağı haqqında iddialara münasibət bildirib.

O, jurnalistlərə açıqlamasında partiyasının keçmişdə də eyni hallarla üzləşdiyini bildirib.

“Bizim partiyadan Türkiyə Böyük Millət Məclisində (TBMM) deputat fraksiyası yaradacaq sayda ayrılanlar olub. Amma onlar heç bir nəticə əldə edə bilmədilər. Eyni zamanda partiyamızdan istefa verib müxalif Cümhuriyyət Xalq Partiyasına keçənlər də var və hazırda orada çətin duruma düşüblər. Bizim partiyanın parçalanmaq kimi problemi yoxdur. Biz Ədalət və İnkişaf Partiyası olaraq, hazırda tarix yazmaq iqtidarındayıq. Ədalət və İnkişaf Partiyası yerli əhəmiyyətli partiyadan beynəlxalq səviyyəli siyasi təşkilata çevrilib”, - deyə Ərdoğan vurğulayıb.

O, vaxtilə Ədalət və İnkişaf Partiyasında təmsil olunmuş şəxsləri təhdid formasında danışmaqda ittiham edib: “Sözlə təhdid olmaz. Onlar nə deyəcəklərini indidən ortaya qoysalar, yaxşı olar. Bizim heç bir narahatlığımız yoxdur. Ədalət və İnkişaf Partiyası fəaliyyətini ən yüksək şəkildə həyata keçirir, ölkəyə investisiya cəlbi və insan amilinin inkişafı üçün çalışır”.

Qeyd edək ki, Türkiyə baş nazirinin keçmiş müavini, Ədalət və İnkişaf Partiyasının yaradıcılarından olan Əli Babacan partiyadan istefa verib. O, ölkənin sabiq baş naziri Əhməd Davudoğlu ilə birlikdə yeni partiya yaratmağa hazırlaşır. Ədalət və İnkişaf Partiyasının xeyli üzvünün, o cümlədən rəhbərlikdə təmsil olunan bir qrup şəxsin istefa verərək Ə.Babacanla Ə.Davudoğlunun yaradacaqları siyasi təşkilata qoşulacaqları gözlənilir.

Geri dön