Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ABŞ səfiri Paşinyanın “Qarabağ Ermənistandır” bəyanatına münasibət bildirib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > ABŞ səfiri Paşinyanın “Qarabağ Ermənistandır” bəyanatına münasibət bildirib

ABŞ səfiri Paşinyanın “Qarabağ Ermənistandır” bəyanatına münasibət bildirib


ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer Ermənistanın baş naziri Nikol Paşinyanın avqustun əvvəlində Azərbaycanın işğal altında saxlanılan Xankəndində keçirilən "ümumerməni oyunları" tədbirində çıxışı zamanı “Qarabağ Ermənistandır. Nöqtə” bəyanatına münasibət bildirib.

Səfir jurnalistlərə açıqlamasında şiddəti pislədiyini vurğulayıb.

"Biz həmişə hər iki tərəfi şiddəti təbliğ edən və gərginliyi artıran ritorikadan uzaq olmağa çağırırıq. Biz səbirsizliklə tezliklə iki ölkənin xarici işlər nazirlərinin görüşünü gözləyirik, ümid edirəm ki, sentyabrda baş tutacaq. Bu dialoq prosesinin davamı olacaq ki, biz də tərəfləri buna diqqət yönəltməyə çağırırıq", - deyə səfir əlavə edib.

Geri dön