Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Traxtur” Tehranın “Perspolis” komandasını əzib keçdi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > “Traxtur” Tehranın “Perspolis” komandasını əzib keçdi

“Traxtur” Tehranın “Perspolis” komandasını əzib keçdi


Güney Azərbaycanın “Traxtur” futbol komandası ən prinsipial görüşlərdən birində rəqibini məğlub yola saldı.



İran üzrə futbol klublarının 19-cu super liqa yarışlarının ikinci həftəsində “Traxtur” Tehranın “Perspolis” komandasını Təbrizin səhənd stadionunda qəbul etdi. Yerli vaxtla saat 17:45 dəqiqədə başlayan oyun Azərbaycan komandasının qələbəsi ilə yekunlaşdı.



“Traxtur”a qələbə qazandıran qol oyunun 45+1 dəqiqəsində Ehsan Hacısəfi tərəfindən vuruldu. Bundan sonra hesab oyunun sonunadək dəyişməz qaldı. Bununla da “Traxtur” yeni mövsümün ikinci həftəsində ən prinsipial xarakter daşıyan görüşü 1:0 hesabı ilə başa vuraraq rəqibi “Perspolis”i məğlub yol saldı.



Görüş zamanı stadionda təxminən 80 min "Traxtur" tərəfdarının olduğu bildirilir.



Qeyd edək ki, Tehranın “Perspolis” və “İstiqlal” komandaları ilə qarşılaşma “Traxtur” və onun tərəfdarları üçün xüsusi əhəmiyyət kəsb edir. Bu təkcə rəqib komanda olduqları üçün deyil, həmin komandaların meydanında “Traxtur”la keçirilən görüşlərdə hər zaman “Traxtur” və Azərbaycan türk millətinin ünvanına təhqiramiz şüarlar səsləndirilir. Soydaşlarımızı qəzəbləndirən hadisə uzun illərdir bir ənənəyə çevrilərək sistemli şəkildə həyata keçirilir, milli təhqirə yol verən irqçilərin rejim tərəfindən cəzalandırılmaması xüsusi diqqət çəkir.

Geri dön