Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Macarıstan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda müşahidəçi statusu almaq istəyir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Türk dünyası-Turan > Macarıstan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda müşahidəçi statusu almaq istəyir

Macarıstan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda müşahidəçi statusu almaq istəyir


Macarıstanın Azərbaycandakı səfirliyi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna rəsmi müraciət edib.

Türk Mədəniyyəti və İrsi Fondundan bildirilib ki, müraciət Macarıstanın Fondda müşahidəçi statusu almaq istəyi ilə bağlıdır.

Qeyd edək ki, Macarıstan ilə türk dünyası ölkələri arasında daim dostluq münasibətləri mövcuddur. Macarların tarixən türkdilli xalqlarla bağlılığı, bir çox ortaq adət-ənənə və mədəni dəyərləri bölüşməsi bu əlaqələrin inkişafına təkan verib. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Macarıstandan gələn nümayəndə heyətləri arasında keçirilən görüşlər zamanı Macarıstan tərəfi daim türkdilli xalqların tarixi-mədəni irsinin qorunması, eləcə də mövcud qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində Fondun fəaliyyətinin əhəmiyyətini vurğulayıb, birgə layihələrin keçirilməsinə dəstəyini bildirib.

Xatırladaq ki, türk dünyasına məxsus irs və mədəniyyətin qorunması və təbliği ilə məşğul olan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu 2015-ci ildən fəaliyyətə başlayıb. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə Fondun üzv dövlətləridir.

Geri dön