Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Şərqi Azərbaycan: Sərdəri şəhərində banka silahlı basqın olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Şərqi Azərbaycan: Sərdəri şəhərində banka silahlı basqın olub

Şərqi Azərbaycan: Sərdəri şəhərində banka silahlı basqın olub


Bu gün Şərqi Azərbaycanın Sərdəri şəhərində banklardan birinə silahlı basqın olub.

Bu barədə Şərqi Azərbaycan Polis İdarəsinin rəis müavini “İsna” xəbər agentliyinə danışıb:
“Bu gün günorta saatlarında silahlı bir şəxs banka daxil olub. Əlində tapança tutan oğru 40 milyon tümən məbləğində pul götürdükdən sonra bir minik avtomobillə hadisə yerindən qaçıb.”

Haşim Şəfi əlavə edib ki, silahlı oğrunun istifadə etdiyi avtomobil artıq polis tərəfindən kəşf olunub. Oğrunun tapılıb və saxlanılması üçün isə araşdırmalar davam edir.

Yoxsulluqdan dolayı artan oğurluq, talançılıq, soyğunçuluq və s. kimi faktlara İranın bütün bölgələri, o cümlədən Güney Azərbaycan şəhərlərində hər gün rast gəlinir. Bu vəziyyət iqtisadi böhran dərinləşdikcə daha da pisləşir.

N.S

Geri dön