Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ukrayna Ali Radası deputat toxunulmazlığını ləğv edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Ukrayna Ali Radası deputat toxunulmazlığını ləğv edib

Ukrayna Ali Radası deputat toxunulmazlığını ləğv edib


Ukrayna Ali Radası bu gün keçirilən iclasında deputat toxunulmazlığının ləğv olunması barədə qanun layihəsini qəbul edib.

Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Qanun layihəsinin lehinə 373 deputat səs verib. Sənədi, həmçinin Ukrayna prezidenti imzalamalıdır.

Qanun deputatların Ali Radanın razılığı olmadan cinayət məsuliyyətinə cəlb olunmasını, saxlanmasını, yaxud həbs edilməsini qadağan edən müddəaların konstitusiyadan çıxarılmasını nəzərdə tutur. Bununla yanaşı, deputatlar əvvəlki kimi səsvermənin nəticələrinə, təhqir və böhtan istisna olmaqla parlamentdə səsləndirdilkəri fikirlərə görə hüquqi məsuliyyət daşımayacaqlar.



Emil Hüseynli

Geri dön