Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan karateçiləri “Bazel Open”də 6 medal qazanıblar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman > Azərbaycan karateçiləri “Bazel Open”də 6 medal qazanıblar

Azərbaycan karateçiləri “Bazel Open”də 6 medal qazanıblar


Karate üzrə milli komandamız İsveçrədə təşkil olunan “Bazel Open” beynəlxalq turnirində uğurla çıxış edib.

Millimizin üzvü Şahin Atamov “Masters” seriyalı ustaların yarışında çempion olub. Novruz Əliyev və İlahə Qasımova isə bürünc medal qazanıblar.

Fərdi yarışlarda İ.Qasımova (55 kq) və Fəridə Əliyeva (68 kq-dan yuxarı) ikinci yeri, N.Əliyev (75 kq) üçüncü pilləni tutublar.

“Bazel Open”də 28 ölkədən 788 idmançı birincilik uğrunda mübarizə aparıb. Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov mükafatlandırma mərasimində iştirak edib.

Geri dön