Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Qəzvin Sayğac Fabrikinin fəhlələri etiraz aksiyasını davam etdirib
Qəzvin Sayğac Fabrikinin fəhlələri etiraz aksiyasını davam etdirib |
Qəzvin Sayğac Fabrikinin fəhlələri gecikmiş əmək haqlarının ödənilməsi tələbi ilə aclıq aksiyasını davam etdirir.
Məlumata görə, avqustun 1-i və 2-də Qəzvin Valiliyinin binası qarşısında fabrikin çox sayda fəhləsi toplaşıb. Etirazçılar gecikmiş 25 aylıq əmək haqlarının ödənilməsini tələb ediblər. Fəhlələrdən birinin verdiyi məlumata görə, Qəzvin Əyalətinin yerli orqanları, o cümlədən Valilik etirazçıları dinləmir. Rəsmi orqanların nümayəndələri bildirir ki, bu işə ölkə rəhbərliyi baxmalıdır. Avqustun 2-də keçirilən etiraz aksiyasında fəhlələrlə birlikdə onların ailə üzvləri də iştirak edib. Etirazçılar Valiliyin binası qarşısına 2 banner asaraq “Bu gün matəm günüdür, fəhlələrin həyatı sual altındadır”, “Valilik dəstək versin” və s. kimi şüarlar səsləndiriblər. Qəzvin Sayğac Fabriki fəhlələrinin sözlərinə görə, vaxtı ilə fabrikdə 350, hətta 400-ə qədər fəhlə çalışıb. Lakin son aylarda onların sayı 200-ə düşüb. Fabrikin fəhlələri iyul ayında da bir neçə dəfə oxşar etiraz aksiyaları keçirmişdir. N.S Geri dön |