Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Nadir Qazipur nazirə sual ünvanlayıb - türk dilində qəzetin nəşrinə lisenziya verilməməsi haqda
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > Nadir Qazipur nazirə sual ünvanlayıb - türk dilində qəzetin nəşrinə lisenziya verilməməsi haqda

Nadir Qazipur nazirə sual ünvanlayıb - türk dilində qəzetin nəşrinə lisenziya verilməməsi haqda


Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili Nadir Qazipur növbəti dəfə ölkə üzrə yayımlanan türk dilində qəzetin nəşr olunması məsələsini gündəmə gətirib.

Məlumata görə, millət vəkili bu barədə irşad və mədəniyyət naziri Abbas Salehiyə sual ünvanlayıb.

“Ölkə üzrə yayımlanan türk dilində qəzetin nəşrinə lisenziya verilməməsinin səbəbi nədir?” başlığı ilə ünvanlanan sual avqustun 2-də parlamentin rəyasət heyətinə təqdim olunub.

Millət vəkili qəzetin nəşrinə lisenziya verilməməsi haqda nazirin cavab verməsini tələb edib.

Nadir Qazipurun qeyd etdiyinə görə, o bundan əvvəl müvafiq ixtisas tələblərinə cavab verən bir mətbuat nümayəndəsini qəzetin nəşrinə lisenziya almaq üçün nazirliyə təqdim edib. Lakin Mətbuata Nəzarət Heyəti ölkə üzrə yayımlanacaq türk dilində qəzetin nəşrinə lisenziya verməkdən imtina edib.

Bundan əvvəl İrşad və Mədəniyyət Nazirliyinin parlament işləri üzrə məsulu qəzetə lisenzya verilməsin deyə türkcə qəzetin idarə olunması üçün mütəxəssislər və maliyyə imkanlarına ehtiyac olduğunu bildirmişdir.

Nadir Qazipur bundan əvvəl də dəfələrlə ölkə üzrə yayımlanan türkcə qəzet, televiziya, həmçinin türk dili və ədəbiyyatı mədəniyyət evinin təsis edilməsini tələb etmişdir.

Azərbaycanlı deputatlardan Urmiyənin millət vəkili Hadi Bahaduri də İran üzrə yayımlanan türk dilində televiziya kanalının açılması ilə bağlı tələb irəli sürmüşdür.

İran rejimi ölkədə xarici dillərin tədrisinə külli miqdarda vəsait xərclədiyi halda, əhalinin təxminən 40 faizini təşkil edən Azərbaycan türklərinin ana dilinin tədrisinə icazə vermir. Türklərin bütün İranda yayımlanan televiziya və qəzeti də yoxdur. Bütün bunları rejimin irqçi siyasətindən başqa heç bir məntiqlə izah etmək mümkün deyil.
Nadir Qazipur nazirə sual ünvanlayıb - türk dilində qəzetin nəşrinə lisenziya verilməməsi haqda

Geri dön