Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Həsən bəy Məlikov Zərdabinin Bakı Şəhər Dumasında fəaliyyəti: 1897-1907” kitabı çap olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Kitab evi > “Həsən bəy Məlikov Zərdabinin Bakı Şəhər Dumasında fəaliyyəti: 1897-1907” kitabı çap olunub

“Həsən bəy Məlikov Zərdabinin Bakı Şəhər Dumasında fəaliyyəti: 1897-1907” kitabı çap olunub


Görkəmli Azərbaycan maarifçisi, ictimai-siyasi xadim Həsən bəy Zərdabinin Bakı Şəhər Dumasındakı fəaliyyətini əks etdirən kitab nəşr olunub.

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundan bildiriblər ki, “Kaspi nəşrləri” seriyasından olan bu toplu Zərdabinin 1897-1907-ci illərdə Duma iclaslarındakı fəal iştirakını işıqlandıran “Kaspi” qəzetinin materialları əsasında çap olunub.

Kitab 2015-ci ildə “Əkinçi” qəzetinin 140 illik yubileyinə həsr olunmuş rus dilindəki nəşrindən Azərbaycan dilinə tərcümə edilib.

“Kaspi nəşrləri” seriyasının rəhbəri və redaktoru filologiya elmləri doktoru Sona Vəliyevadır.

Kitabın tərtibçisi, “Ön söz”ün müəllifi və redaktoru Əlyazmalar İnstitutunun şəxsi arxivlərin tədqiqi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Esmira Cavadovadır. Rəyçi tarix üzrə fəlsəfə doktoru Hacı Həsənov, rus dilindən tərcümə edən Rəbiqə Nazimqızıdır.

Geri dön