Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İsveçrə məktəblilərinə Azərbaycan mədəniyyətinə həsr olunan seminar keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Diaspor > İsveçrə məktəblilərinə Azərbaycan mədəniyyətinə həsr olunan seminar keçirilib

İsveçrə məktəblilərinə Azərbaycan mədəniyyətinə həsr olunan seminar keçirilib


İsveçrədə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Sürix şəhərindəki gimnaziyalardan birində 160 məktəbliyə Azərbaycan mədəniyyətinə həsr olunmuş seminar keçirilib.

Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfirliyindən bildirilib ki, Mərkəzin rəhbəri Qasım Nəsirov bu seminarda müəllifi olduğu mədəniyyət və inteqrasiya layihəsini növbəti dəfə təqdim edib. Layihə çərçivəsində şagirdlərə rəqs seminarları keçirilib və bu seminarlardan biri Azərbaycan rəqslərinə həsr olunub. Azərbaycan rəqslərinə həsr olunmuş seminarda 2018-ci ildən etibarən İsveçrədə fəaliyyət göstərən Qarabağ Azərbaycan məktəbinin müəllimi Gülnarə Axundovanın məktəblilər ilə hazırladığı rəqslər şagirdlər tərəfindən çox maraqla qarşılanıb. Gün ərzində 160-dan çox 15-16 yaşlı şagirdə Azərbaycan rəqsləri öyrədilib.

Qasım Nəsirov bildirib ki, bu layihə bütün İsveçrə məktəblərində tədris ili ərzində ən azı 10 dəfə həyata keçirilir. Bir çox dövlət idarələrinin maliyyə dəstəyi ilə reallaşan layihə üçüncü ildir ki, baş tutur. Layihənin məqsədi məktəbliləri İsveçrədə yaşayan xalqların mədəniyyəti ilə tanış etməkdən ibarətdir. Bu vasitə ilə Azərbaycanın gözəl rəqsləri və mədəniyyəti təbliğ olunur. Layihənin cari və növbəti ildə bir sıra məktəblərdə keçirilməsi nəzərdə tutulur.

Elgün Niftəli

Geri dön