Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Müctəba Pərvinin 3 aylıq həbs qərarı təsdiqlənib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Müctəba Pərvinin 3 aylıq həbs qərarı təsdiqlənib

Müctəba Pərvinin 3 aylıq həbs qərarı təsdiqlənib


Ərdəbil Ədliyyə İdarəsi Apelyasiya Məhkəməsinin 1-ci Şöbəsi güney azərbaycanlı milli-mədəni fəal Müctəba Pərvin haqda Ərdəbil 2 nömrəli Məhkəməsinin çıxardığı 3 aylıq həbs qərarını olduğu kimi qüvvədə saxlayıb.

Apelyasiya məhkəməsinin iclası hakim Nasir Ətəbatinin sədrliyi ilə keçirilib.

Azərbaycanlı fəal avqustun 18-də Ərdəbil Ümumi və Hüquqi Məhkəməsinin 9-cu şöbəsində mühakimə olunub. O dövlət avtomobilinə vurulan ziyanın ödənilməsi, məhkəmə prosesi ilə əlaqədar önədiləcək məbləğ və ödənilməsi təxirə düşən ziyanın tələbi ilə bağlı ittihamlara görə mühakimə olunub və 450 min tümən nağd cərimə ödəməyə məhkum olunmuşdur.

Bundan əvvəl Müctəba Pərvin Ərdəbil 2 nömrəli Məhkəməsinin 101-ci şöbəsi tərəfindən 3 ay azadlıqdan məhrum edilib. Hökmdə fəalın dövlət mülkiyyətinə ziyan vurma (ayaq zərbələri ilə polis avtomobilinə vurulan ziyan) ittihamı ilə həbs cəzasına məhkum edildiyi qeyd olunub.
Hökmdə həmçinin qeyd olunub ki, məhkəmə qərarı Polis İdarəsinin şikayəti əsasında və Ərdəbil Əyaləti Ettelaat İdarəsi və Polis İdarəsinin Təhlükəsizlik Bölümünün raportlarına istinadən çıxarılıb.

Apelyasiya Məhkəməsinin çıxardığı hökmdə isə Müctəba Pərvinin gətirdiyi dəlillərin qanedici olmadığı və bu səbəbdən hökmün qüvvədə saxlanıldığı qeyd olunub.

Müctəba Pərvin həmin dosye ilə əlaqədar 2018-ci il oktyabrın 9-da öz atası evində saxlanılıb. Fəalın qanunsuz yığıncaqda iştirak etməklə bağlı ittihamı Ərdəbil Məhkəməsinin 12-ci şöbəsində elan olunduqdan sonra o həmin gün mülki vəsiqə qarşılığında müvəqqəti olaraq azadlığa buraxılmışdır.

N.S

Geri dön