Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Yeddi nar çubuğu” – Kukla Teatrında hazırlanan yeni tamaşa belə adlanır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Köşə yazarları, Mədəniyyət > “Yeddi nar çubuğu” – Kukla Teatrında hazırlanan yeni tamaşa belə adlanır

“Yeddi nar çubuğu” – Kukla Teatrında hazırlanan yeni tamaşa belə adlanır


A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında Azərbaycan xalq nağılı “Yeddi nar çubuğu” əsasında yeni nümunə hazırlanır.

Bu barədə teatrın mətbuat xidmətinin rəhbəri Həmidə Rüstəmova məlumat verib.

Onun sözlərinə görə, yeni mövsümdə təqdim olunacaq tamaşanın səhnələşdirəni Zülfüqar Rüfətoğlu, quruluşçu rejissoru Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Vüqar Camalzadədir.

Tam müasir tərtibat, yeni səhnə vasitələrinin tətbiqi ilə ərsəyə gələcək tamaşada klassik nağıl-tamaşa, vizual elementlərlə ənənəvi kukla üslubunun sintezi təqdim olunacaq.

Səhnə əsəri ilin sonunadək teatrsevərlərin ixtiyarına veriləcək.

Geri dön