Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Avropa Komissiyasının yeni rəhbəri Azərbaycanla əməkdaşlığı gücləndirməyə çağırıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Avropa Komissiyasının yeni rəhbəri Azərbaycanla əməkdaşlığı gücləndirməyə çağırıb

Avropa Komissiyasının yeni rəhbəri Azərbaycanla əməkdaşlığı gücləndirməyə çağırıb


Avropa Komissiyasının rəhbəri seçilmiş Ursula fon der Lyayen "Şərq Tərəfdaşlığı" ölkələri ilə əlaqələri möhkəmləndirməyə dair çağırış edib.
O, bu barədə genişlənmə üzrə gələcək avrokomissar, Macarıstandan olan namizəd Laslo Troksanyiyə yazdığı məktubda bildirib.
O, Ukrayna, Gürcüstan və Moldova ilə assosiasiya sazişlərinin icrasını sürətləndirməyə çağırıb.
Ursula fon der Lyayen həmçinin Troksanyinin qarşısında "Şərq Tərəfdaşlığı"nın digər üç ölkəsi - Azərbaycan, Belarus və Ermənistan ilə də əlaqələri möhkəmlətmək tapşırığı qoyub, 2020-ci ilin ortalarına qədər uzunmüddətli siyasi hədəflərin yeni paketinin işlənib hazırlanmasının zəruriliyini qeyd edib.
Onun sözlərinə görə, tərəfdaşlığın məqsədləri Avropa İttifaqının imkanları və maraqlarına hörmət edilməklə proqram ölkələrinin siyasi və iqtisadi seçimini əks etdirməlidir.
Xatırladaq ki, Avropa Komissiyasının yeni tərkibi işinə 2019-cu ilin noyabrında başlayacaq.

Geri dön