Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Allahabad gölməçəsi quruyub – Qəzvin Əyalətində
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Allahabad gölməçəsi quruyub – Qəzvin Əyalətində

Allahabad gölməçəsi quruyub – Qəzvin Əyalətində


Qəzvin Əyalətinin ən önəmli gölməçələrindən olan Abyek şəhərinin Allahabad gölməçəsi dövlətin ətraf mühitə olan laqeyd münasibəti nəticəsində quruyub.

Bu barədə Qəzvin Əyaləti Ətraf Mühitin Mühafizəsi İdarəsinin rəisi Hüseyn Pəsəndidə “İrna” xəbər agentliyinə məlumat verib: “Əyalətin cənub-şərq tərəfində yerləşən Allahabad gölməçəsi isti hava şəraitindən dolayı yenidən quruyub.”

Hadisəni əhəmiyyətsiz göstərmək məqsədi ilə onu “təbii hadisə” adlandıran H.Pəsəndidə bildirib ki, gölməçənin suyunun müəyyən hissəsi Əbhərrud və Xorrud çaylarından təmin olunurdu. Lakin hal-hazırda bu çaylar yaxşı durumda olmadığı üçün yay fəslində suyun buxarlanması səbəbindən gölməçə quruyub.

O heç bir önləyici tədbirə işarə etmədən Abyek və “Buin Zəhra” şəhərlərinə yaxın 100 min hektar ərazidə yerləşən gölməçənin yağıntıların artması ilə yenidən dirçələcəyinə və mühacir quşlara ev sahibliyi edəcəyinə ümid etdiyini bildirib.

Allahabad gölməçəsi ötən aylarda yağıntıların artması və Taliqan bəndinin suyunun buxarlanması nəticəsində bir neçə ildən sonra böhrandan çıxıb və nisbətən canlanmışdır.

Şübhəsiz ki, gölməçələrin təkcə yağıntıların ümidinə buraxılması əksər halda onların quruması ilə nəticələnir. Dövlət gölməçələrin qurumaması üçün önləyici tədbirlər almalı və vaxtı-vaxtında müdaxilə etməlidir.

Allahabad gölməçəsi quraqlıq, torpaq eroziyası, bitki örtüyünün məhv olması, hevandarlıq və əkinçiliyin modern sistemə keçməməsi və dövlətin ətraf mühitə olan laqeyd münasibəti nəticəsində quruyub.

N.S

Geri dön