Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyəli tənbur ifaçısı Murat Salim Tokac Bakıda çıxış edəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Afişa > Türkiyəli tənbur ifaçısı Murat Salim Tokac Bakıda çıxış edəcək

Türkiyəli tənbur ifaçısı Murat Salim Tokac Bakıda çıxış edəcək


Sentyabrın 27-də Bakıda Türkiyənin Çukurova Dövlət Simfonik Orkestri çıxış edəcək.

M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında reallaşacaq konsertin dirijoru, Xalq artisti Yalçın Adıgözəlov olacaq.

Ü. Hacıbəyli XI Beynəlxalq Musiqi festivalı çərçivəsində təşkil olunacaq konsertin solisti türkiyəli tənbur ifaçısı Murat Salim Tokacdır.

Qeyd edək ki, builki festival çərçivəsində 40-dək tədbirin təşkili nəzərdə tutulur.

Festivalda ABŞ, Rusiya, Çin, Türkiyə, İtaliya, Özbəkistan, Belarus, Bolqarıstan, Ukrayna və Gürcüstandan tanınmış musiqi kollektivləri iştirak edəcək.

Geri dön