Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ukraynanın yeni xarici işlər naziri Azərbaycana gələcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Köşə yazarları, Siyasət > Ukraynanın yeni xarici işlər naziri Azərbaycana gələcək

Ukraynanın yeni xarici işlər naziri Azərbaycana gələcək


Ukraynanın yeni xarici işlər naziri Vadim Pristayko Azərbaycana səfərə gələcək.

Davam.az "Report"un Avropa bürosunun məlumatına istinadən xəbər verir ki, nazir oktyabrın 25-26-da keçiriləcək Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşündə iştirak edəcək.

V.Pristayko səfər çərçivəsində bir sıra rəsmi görüşlər keçirəcək.

Qeyd edək ki, Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev sentyabrın 13-də bu ölkənin yeni xarici işlər naziri Vadim Pristayko ilə görüşüb.

Səfir V.Pristaykoya oktyabrın 25-26-da keçiriləcək Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşünə rəsmi dəvəti təqdim edib.

Geri dön