Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Sentyabrın 23-də BMT Baş Məclisinin yüksək səviyyəli iclası keçiriləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Sentyabrın 23-də BMT Baş Məclisinin yüksək səviyyəli iclası keçiriləcək

Sentyabrın 23-də BMT Baş Məclisinin yüksək səviyyəli iclası keçiriləcək


Sentyabrın 23-də Birləşmiş Millətlər Təşkilatının qərargahında Baş Məclisin səhiyyə xidmətləri ilə hərtərəfli əhatə məsələsi üzrə yüksək səviyyəli iclası keçiriləcək.

“Səhiyyə xidmətləri ilə hərtərəfli əhatə: daha sağlam dünya yaradılması üzrə birgə səylər” mövzusuna həsr edilmiş iclasda dövlət başçıları, aparıcı siyasi xadimlər və səhiyyə sahəsində liderlər, səhiyyə xidmətləri ilə hərtərəfli əhatə siyasətini formalaşdıran şəxslər toplaşacaq hamının sağlamlığı məsələlərini fəal müzakirə edəcəklər.

Səhiyyə xidmətləri ilə hərtərəfli əhatə o deməkdir ki, bütün insanlar zəruri tibbi yardıma ehtiyac yaranan vaxt və həmin yerdə bu cür yardımdan istifadə etmək imkanına malikdir və bununla əlaqədar maliyyə çətinlikləri ilə üzləşmirlər. İlkin tibbi-sanitar yardımın möhkəm təməlinə əsaslanan səhiyyə xidmətləri ilə hərtərəfli əhatə DST-nin ən mühüm prioritetlərindən biri, üçüncü minilliyin hədəflərindən biridir. DST bu qurumun üzvləri olan dövlətlər, tərəfdaşlar və digər maraqlı tərəflərlə sıx əməkdaşlıq edir, bütün dünyada səhiyyə xidmətləri ilə hər tərəfli əhatənin sürətləndirilməsində ölkələrə yardım göstərir.

İclasda DST iştirakçıları olan ölkələr maliyyə və siyasi öhdəliklər götürəcək, səhiyyə sahəsinə davamlı investisiyalar təmin olunacaq. Əsas səhiyyə xidmətlərindən istifadə imkanı, ixtisaslı səhiyyə kadrlarının yetişdirilməsi, maliyyə risklərindən müdafiə, təhlükəsiz, keyfiyyətli, səmərəli və qiymət baxımından münasib dərman və vasitələri və vaksinlər müzakirə ediləcək. Gözlənildiyinə görə, iclasda səhiyyə xidmətləri ilə hərtərəfli əhatə haqqında siyasi bəyannamə şəklində yekun sənəd qəbul ediləcək. DST üzvü olan dövlət tərəfindən müzakirə başa çatdıqdan sonra dövlət başçıları bu sənədi imzalayacaqlar.

Bu iclasın keçirilməsi barədə çağırış hələ 2017-ci ilin dekabrında BMT tərəfindən qəbul edilmiş “Dünya əhalisinin sağlamlığı və xarici siyasət: inklüziv cəmiyyət qurulması üçün əhalinin ən həssas qruplarının nümayəndələrinin sağlamlığının qorunması” adlı qətnamədə səslənmişdi. İclas Dünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq şəraitində BMT Baş Assambleyasının sədrinin rəhbərliyi ilə təşkil olunacaq.

Geri dön