Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qırğızıstan və Tacikistanın baş nazirləri sərhəddə baş verən son münaqişə ilə əlaqədar görüşüblər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Qırğızıstan və Tacikistanın baş nazirləri sərhəddə baş verən son münaqişə ilə əlaqədar görüşüblər

Qırğızıstan və Tacikistanın baş nazirləri sərhəddə baş verən son münaqişə ilə əlaqədar görüşüblər


Qırğızıstan-Tacikistan sərhədində baş verən son münaqişə ilə əlaqədar Batken rayonundakı “Kızıl-Bel” nəzarət buraxılış məntəqəsində hər iki ölkənin baş nazirləri - Muxammedkalıy Abılqaziev və Koxir Rasulzoda arasında görüş keçirilib.

Görüş zamanı sərhəddə baş verən son inisident, odlu silahlardan istifadə olunması və hər iki tərəfdən hərbçilərin öldürülməsi və yaralanması ilə bağlı məsələlər müzakirə edilib. Hökumət başçıları bir-birilərindən ölənlərin doğma və əzizlərinə basağlığı verməyi xahiş ediblər.

Tərəflər bu regionda gərginliyin azaldılması, sabitliyin saxlanması üçün sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı çoxplanlı işlərin aktivləşdirilməsi ilə bağlı razılıq əldə edibər.

Tərəflər Qırğızıstan və Tacikistan baş nazirlərinin müavinləri səviyyəsində danışıqların davam etdirilməsi, sərhədyanı ərazilərdə gərginliyin azaldılması istiqamətində bir sıra digər tədbirlərin həyata keçirilməsində də razılaşıblar.

Geri dön