Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu müsabiqə elan etdi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Türk dünyası-Turan, Mədəniyyət, Bildiriş > Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu müsabiqə elan etdi

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu müsabiqə elan etdi


Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birgə 6-16 yaş kateqoriyasında olan məktəblilər üçün “Rəngarəng Türk Dünyası” adlı beynəlxalq rəsm müsabiqəsi elan edib.

Rəsm əsərlərində türk xalqlarının şanlı tarixi, mədəniyyət və incəsənəti, adət-ənənələri, yerləşdiyi ərazinin coğrafi xüsusiyyətləri əks etdirilməlidir.
Naxçıvan Sazişinin imzalanmasının 10 illiyinə həsr olunan müsabiqə istedadlı, rəsmlə maraqlanan məktəblilərə dəstək olmaq, eyni zamanda türkdilli xalqların zəngin mədəni irsini təbliğ etmək və gənc nəsil arasında yaşatmaq məqsədini daşıyır.
Müsabiqədə iştirak etmək arzusunda olanlar ad və soyad, təvəllüd, əlaqə nömrəsi, oxuduğu məktəb və ya təsviri sənətlə məşğul olduğu tədris mərkəzinin adını qeyd etməklə rəsm əsərlərini 1 oktyabr 2019-cu il tarixinədək Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna A.Bakıxanov 73A, Bakı şəhəri, Azərbaycan Respublikası, həmçinin, rengarengturkdunyasi@gmail.com ünvanına göndərməlidirlər.
Münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək qaliblər hədiyyə və sertifikatlarla təltif olunacaqlar.

Geri dön