Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Mərkəzi Elmi Kitabxanada "Qafqaz Neoliti" sənədli filminin təqdimatı keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Köşə yazarları, DAVAMın yazıları > Mərkəzi Elmi Kitabxanada "Qafqaz Neoliti" sənədli filminin təqdimatı keçirilib

Mərkəzi Elmi Kitabxanada "Qafqaz Neoliti" sənədli filminin təqdimatı keçirilib


Sentyabrın 19-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Dövlət Televiziyası - "Azərbaycantelefilm" Yaradıcılıq Birliyinin istehsalı olan "Qafqaz Neoliti" sənədli filminin təqdimatı keçirilib.

Təqdimatda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, "AMEA-nın professoru", millət vəkili Qənirə Paşayeva, "Azərbaycan Televiziya və Radio verilişləri" QSC-nin nəzdindəki Televiziya və Radio Akademiyasının rektoru, filologiya üzrə fəlsəfə doktoru Faiq Hüsiyev, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri Q.Paşayeva açaraq filmin yaradıcı kollektivini iştirakçılara təqdim edib, ekran əsərində Tovuz bölgəsində son 12 il ərzində aparılan arxeoloji qazıntıların nəticələrinin əks olunduğunu söyləyib. Qeyd edib ki, filmdə əsasən bölgənin Neolit dövrünü əks etdirən Göytəpə qədim yaşayış yerinin tədqiqi prosesləri, kompleksin Qafqazın sivilizasiya tarixində oynadığı rol və burada uzun müddət çalışan tanınmış əcnəbi arxeoloqların fikirləri yer alıb.

Ərazidə Arxeologiya və Etnoqrafiya İnstitutu ilə Yaponiyanın Tokio Universitetinin əməkdaşlarının uzun müddət önəmli araşdırmalar apardığını deyən Q.Paşayeva Göytəpə Arxeoloji Parkının yaradılması ilə bağlı ölkə başçısının 18 aprel 2012-ci il tarixli Sərəncam imzaladığını xatırladıb. O, filmin gələcəkdə ingilis dilinə tərcümə olunaraq digər ölkələrdə nümayiş etdiriləcəyini vurğulayıb.

Sonra İ.Həbibbəyli çıxış edərək AMEA ilə Azərbaycan Dövlət Televiziyası arasında gələcəkdə çoxtərəfli əməkdaşlıq haqqında sazişin imzalanmasının önəminə toxunub. Akademik son illərdə Azərbaycan arxeologiya elmində bir çox nailiyyətlərin əldə edildiyini, hazırda Arxeologiya və Etnoqrafiya İnstitutunda yerli və beynəlxalq olmaqla 30-a yaxın ekspedisiyanın fəaliyyət göstərdiyini diqqətə çatdırıb. O, filmin Azərbaycanın qədim mədəniyyətinin dünya ictimaiyyətinə çatdırılmasında önəmli rol oynayacağını deyib.

Tədbirdə, həmçinin Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Nəcəf Müseyibli və filologiya üzrə fəlsəfə doktoru Faiq Hüsiyev çıxış edərək ekran əsəri ilə bağlı təəssüratlarını bölüşüblər.

Sonda film nümayiş etdirilib.

Qeyd edək ki, filmin prodüseri Xalq artisti, rejissor Ramiz Həsənoğlu, ssenari müəllifi Əməkdar jurnalist Sadıq Elcanlı, rejissoru Elnurə Kazımova, elmi məsləhətçisi isə Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, Tovuz arxeoloji ekspedisiyasının rəhbəri, t.ü.f.d. Fərhad Quliyevdir.

AMEA Mərkəzi Elmi Kitabxana
İctimaiyyətlə əlaqələr bölməsi

Geri dön