Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > "Cəmiyyət bu məsələlərdə Prezidentimizin arxasında dayanıb" ÖZƏL-MÜNASİBƏT
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > "Cəmiyyət bu məsələlərdə Prezidentimizin arxasında dayanıb" ÖZƏL-MÜNASİBƏT

"Cəmiyyət bu məsələlərdə Prezidentimizin arxasında dayanıb" ÖZƏL-MÜNASİBƏT


"Ümumiyyətlə mürəkkəb bir şəraitdə yerləşən ölkəni idarə etmək rahat məsələ deyil. Təbii ki, burada həm böyük güclərin maraqları vardır, həm də ölkəmiz bizim iradəmizdən asılı olmayaraq müharibə şəraitindədir. Yəni həm müharibə məsələlərini həll etmək, həm iqtisadi yüksəlişə nail olmaq, həm də böyük güclərin buradakı maraqları qarşısında dayanmaq üçün çox mürəkkəb iş görmək lazımdır". Bunu SİA-ya açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev deyib.

Deputatın sözlərinə görə, bütün bunlara baxmayaraq bu gün ölkəmiz bütün bu basqıların altından salamat çıxır və artıq sözünü deyən dövlətə çevrilib: "Böyük dövlətlərin Azərbaycanda beynəlxalq tədbirləri keçirməsi, hətta qarşı-qarşıya olan boltların hərbi rəhbərlərinin burada görüş keçirməsi Azərbaycanın artıq etimad göstərilən yer olduğunu göstərir. Təbii ki, bu Prezidentin fəaliyyəti ilə bağlı olan məsələdir. Son zamanlar islahatların genişləndirilməsi, kadr potensialının yenilənməsini də bura əlavə etsək, ölkənin gələcəkdə daha ciddi uğurlara imza atacağını gözləmək mümkündür. Hesab edirəm ki, Dağlıq Qarabağla bağlı məsələlərdə də artıq diplomatik uğurlarımız onu göstərir ki, hərbi sahədə də son modern imkanları yaranıb. Prezidentimiz net şəklində bildirib ki, “Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranması mümkün deyil”. Cəmiyyət bu məsələlərdə Prezidentimizin arxasında dayanıb".

Müəllif: Ceyhun Rasimoğlu


Geri dön