Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Zaqafqaziya Müəllimlər Seminariyasında təhsil almış Şamaxılı məzunlarından biri Mahmud bəy Polad bəy oğlu Mahmudbəyov (1863,Şamaxı-1923,Bakı) xatirələrdə
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > Zaqafqaziya Müəllimlər Seminariyasında təhsil almış Şamaxılı məzunlarından biri Mahmud bəy Polad bəy oğlu Mahmudbəyov (1863,Şamaxı-1923,Bakı) xatirələrdə

Zaqafqaziya Müəllimlər Seminariyasında təhsil almış Şamaxılı məzunlarından biri Mahmud bəy Polad bəy oğlu Mahmudbəyov (1863,Şamaxı-1923,Bakı) xatirələrdə


Zaqafqaziya Müəllimlər Seminariyasında təhsil almış Şamaxılı məzunlarından biri

Mahmud bəy Polad bəy oğlu Mahmudbəyov (1863,Şamaxı-1923,Bakı) xatirələrdə

Zaqafqaziya Müəllimlər Seminariyasında təhsil almış Şamaxılı məzunlarından biri Mahmud bəy Polad bəy oğlu Mahmudbəyov (1863,Şamaxı-1923,Bakı) xatirələrdə


Avqustun 29-da "Kommunist" qəzetinin 100 yaşı tamam oldu. Siyasi yönünə baxmayaraq, bu mətbu orqan və onun davamı olan nəşrlər ölkənin ictimai fikir tarixini,daim nəzarətdə saxlanılan milli düşüncə tərzimizi öyrənmək baxımından diqqəti cəlb etmişdir.

"Kommunist" qəzeti yazılı ədəbi dilimizin formalaşmasında həmişə aparıcı rol oynamışdır.Azərbaycan ziyalıları üçün bu qəzet düzgün leksik və orfoqrafik qaydalarının istinad yeri olmuşdur.

Qəzetdə elmin bütün sahələrinə, o cümlədən pedaqoji irsimizə ciddi yanaşmalar müşahidə olunur.

Yubileyi ərəfəsndə qəzetdəki yazıları bir daha nəzərdən keçirdim.Vaxtiə üzünü köçürdüyüm bir yazını xatırladım.Axtarıb arxivımdən onu tapdım.Bu.,nekroloq janrında yazılmış,bu gün də pedaqoji irsimizin öyrənilməsində gərəkli olan qəmli bir xatirədir.

Bu yazı "Kommunist"in 16 mart 1923-cü il tarixli 21-ci nömrəsinin 5-ci səhifəsində dərc olunmuşdur. "Mahmud əmiyi xatırlarkən"adlı nekroloqda görkəmli pedaqoq , Zaqafqaziya Müəllimlər Seminariyasının 1883-cü il məzunu Şamaxılı Mahmud bəy Mahmudbəyovun ölüm xəbərindən danışılır.Müəllifi indiyədək adını eşitmədiyim ixtisasca müəllim olan Seyid BaharAxundzadədir. O vaxtlar qəzet Ruhulla Axundzadənin redaktorluğu ilə 5 500 nüsxə tirajla çap olunmuşdur.

Yazı üslubuna,tarixi leksik normalarına toxunmadan həmin xatirəni sizlərlə bölüşürəm.

Mahmud əmiyi xatırlarkən

Srağagün (14 mart 1923-cü il-N.N.) tam mənasilə ilə kəndi varlığını məktəb yolunda sərf edən qocaman müəllim Mahmudbəyovu qeyb etdik.

Qoca müəllim Mahmudbəyov 1883-cü ildən başlayaraq, Azərbaycanın müxtəlif və uzaq guşələrində müəllimlik edərək, nəhayət, Bakıda 3-cü şəhər məktəbini kəndi idarəsi altında aparmışdır.

1919-cu sənələrdə Bakı Dairəsi Xalq Məktəbləri inspektoru təyin edilərək,Bakı dairəsi kənd məktəblərini tərtib və nizama salmışdır.Həmin sənə birinci dəfə olaraq, hökumət tərəfindən Bakıda açılmış pedaqoji kursların kəndi idarəsi altında aparırdı.Həmişə müəllimlərə müsahibə təriqilə çocukları əlifba təlimi dairəsində təcrübə qazanmış məlumatlarını göstərirdi.

1920-ci sənə qəza maarif müfəttişliyinə təyin olunub Abşeron yarımcəzirəsi kəndlərini piyada bir surətdə dolaşraq,kəndliləri toplamaqla onlara məktəb ətrafında çalışmağa tövsiyə və təqdis (müqəddəs sayma-N.N.) edərdi.

Şu əqidə və xoşxəlqliyi sayəsində kəndçilər ol dərəceyi-rəğbətələ Mahmud əmiyi dinləyirdilər.

Mahmud əmiyi Bakı dairəsində maarifpərvər kəndçilər və müəllimlər həpsi tanıyırlar.Bu gün Mahmud əminin aradan getməsi Bakı maarifçilərinə təsir etdigi kibi, Bakı dairəsinə (də) az təsir etməyir.Azərbaycanın uzaq və qaranlıq bucaqların maarif ziyası saçan qoca rəhbərimiz Mahmudbəyovun vəfatı ümum Azərbaycan kəndli kütləsi üçün bir matəmdir.Bu zatı heç bir zaman unutmayıb, onun xüsusunda ümum Azərbaycan düşünməlidir.Zira xalq və kəndçi şairi Sabir zəmanənin təhənnünləri (şiddətlə arzulamaları-N.N.) atında çaxotkalanıb, məhv olduğu kibi, atamız Mahmudbəyov da çaxotkalanmış bir xəlq kəndçi müəllimi idi.

Bunu unutmayalım!

Müəllim: Seyid Bahar Axundzadə ".

***

P.S.Bunu da unutmayaq ki, M.Mahmudbəyov məllimliklə yanaçı, jurnalistlik fəaliyyəti ilə də ciddi məşğul olmuşdur.O, Azərbaycan uşaq mətbuatının görkəmli nümayələrindəndir. "Dəbistan"dan sonra M.Mahmudbəyovun redaktorluğu ilə nəşrə başlayan aylıq siyasi-ictimai,ədəbi pedaqoji uşaq jurnalı "Rəhbər " 1906-1907--ci illərdə Bakıda onun rəhbərliyi ilə işıq üzü görmüşdür.Hər nömrəsi 12 səhifə olan "Rəhbər"in cəmi 5 nömrəsi çıxmışdır:

1906- N 1 (24.09.1906) - N 4 (23.12.1906 ;

1907 -N 5 (17.01).

M.Mahmudbəyov Azərbaycan məktəbliləri üçün bir sıra dərsliklərin də müəlifidir.Bu dərsliklər uzun müddət şagirdlərin elmi biliklərə yiyələnməsində, əxlaqi tərbiyəsində əhəmiyyətli rol oynamışdır.



Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasınımn Əməkdar müəllimi,

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə keçirilən

ƏN YAXŞI MÜƏLLİM müsabiqəsinin qalibi, türkoloq

Geri dön