Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Milli Dram Teatrı azyaşlı tamaşaçılarını sevindirəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Afişa > Milli Dram Teatrı azyaşlı tamaşaçılarını sevindirəcək

Milli Dram Teatrı azyaşlı tamaşaçılarını sevindirəcək


Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yaradıcı heyəti azyaşlı tamaşaçıları üçün oktyabrın 12-də “Nindza Tısbağalar və kapitan Cekin macəraları” tamaşasını təqdim edəcək.

Sənət ocağının repertuarında yeni tamaşalardan olan səhnə əsərinin quruluşçu rejissoru Anar Sadıqov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, rəqslərin quruluşçusu Lalə Hacıyeva, rejissor assistenti Könül Kərimovadır.

Səhnə əsərində aktyorlar Mətləb Abdullayev , İlahə Həsənova, Rada Nəsibova, Nigar Güləhmədova, Elnur Qədirov və Elçin Hacıyev , Vüsal Mustafayev və İmran Qurbanov, Əlvida Cəfərov, Xədicə Novruzlu, Fəridə Şahbazova, Rüstəm Rüstəmov, Ziya Ağayev, Vüsal Məmmədov, Mehriban Xanlarova, Əminə Cəfərova və Ləman Fərmanlı iştirak edəcək.

Geri dön