Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qırğızıstanda keçirilən beynəlxalq festivalda ölkəmizin teatr kollektivləri də iştirak edir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Türk dünyası-Turan > Qırğızıstanda keçirilən beynəlxalq festivalda ölkəmizin teatr kollektivləri də iştirak edir

Qırğızıstanda keçirilən beynəlxalq festivalda ölkəmizin teatr kollektivləri də iştirak edir


Oş şəhərində Qırğızıstanın Xalq artisti Jamal Seydakmatovanın 80 illiyinə həsr edilən VII ART-ORDO beynəlxalq festivalının açılışı olub.

Sultan İbrahimov adına Oş şəhər Milli Dram Teatrında keçirilən festivalda Qırğızıstandan başqa Azərbaycan, Qazaxıstan, Türkiyə və Özbəkistanın teatr kollektivləri iştirak edir.

Festivalın açılış mərasimində Qırğızıstan Prezidentinin müşaviri Sultan Rayev, Oş şəhər merinin müavini Japarbek Ormonov, TÜRKSOY-un Baş katibinin müavini Bilal Çaskıcı və digər rəsmi şəxslər iştirak ediblər.

Çıxış edənlər qırğız teatrının inkişafında Jamal Seydakmatovanın xidmətlərindən danışıblar.

Rəsmi hissədən sonra iştirakçılar böyük qırğız yazıçısı Çingiz Aytmatovun eyniadlı “Cəmilə” povesti əsasında hazırlanan lirik tamaşaya baxıblar.

Qulu Kəngərli

Geri dön